Modern.az

Neft hasilatı ilə bağlı yeni qərar verildi

Neft hasilatı ilə bağlı yeni qərar verildi

4 Dekabr 2022, 16:44

OPEC+ ölkələri neft hasilatı üzrə hazırkı planı saxlamaq qərarına gəliblər.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu təşkilatdakı mənbə bildirib.

 

Bir müddət öncə OPEC+ sazişində iştirak edən ölkələr üzrə nazirlərin videokonfrans formatında görüşü keçirilib.

 

Görüşdən öncə təşkilatın hasilatı sutkada 2 milyon barel azaltmaq barədə danışıqlar apardığına dair şayiələr yayılıb. Lakin görünən odur ki, bu iddialar öz təsdiqini tapmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu