Modern.az

Məhkəmə ekspertlərinin ixtisas və ali təhsil tələblərinə yenidən baxılır

Məhkəmə ekspertlərinin ixtisas və ali təhsil tələblərinə yenidən baxılır

Aktual

Bu gün, 13:38

Məhkəmə ekspertlərinin ixtisaslarının və həmin ixtisaslar üzrə tələb olunan ali təhsil ixtisaslarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 11-ci maddəsində nəzərdə tutulan müvafiq müddəalar yenilənir. Belə ki, məhkəmə ekspertinin fəaliyyətə buraxılması ilə bağlı mətndə işlədilən “müəyyən ekspertiza” ifadəsi “müvafiq məhkəmə eksperti” ifadəsi ilə əvəz olunur.

Eyni zamanda, qanuna yeni müddəa əlavə edilir. Həmin müddəaya əsasən, məhkəmə eksperti ixtisaslarının və bu ixtisaslar üzrə tələb olunan ali təhsil ixtisaslarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənəcək.

Bundan başqa, qanunun 11-ci maddəsinin on üçüncü hissəsində də terminoloji dəyişiklik edilərək “ekspertizası” sözü “eksperti” sözü ilə əvəz olunur.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUM! Ukrayna ordusu Rusiyaya girdi - Bu ərazini ələ keçirdi