Modern.az

Bu il 40 milyondan çox tibbi xidmət göstərilib

Bu il 40 milyondan çox tibbi xidmət göstərilib

Aktual

21 Dekabr 2022, 16:00

2022-ci ildə icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox tibbi xidmət göstərilib.

 

Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

 

A.Əhmədova qeyd edib ki, cari ilin ilk 11 ayı ərzində dövlət tibb müəssisələrinə 4 354 632 şəxs 16 374 103 dəfə müraciət edib:

 

"Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 40 277 004 olub. Tibbi xidmətlərin 84 %-i ambulator, 16 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 33 %-ni uşaqlar, 67 %-ni isə böyüklər təşkil edib. Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, endokrin, qan dövranı, tənəffüs, həzm, sümük və əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət, göz və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, habelə zədələr və zəhərlənmələrlə bağlı olub".

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok