Modern.az

Bu il neçə nəfərə göndəriş verilib?

Bu il neçə nəfərə göndəriş verilib?

21 Dekabr 2022, 16:21

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara müqaviləli tibb müəssisələrinə göndəriş verilir.

 

Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib.

 

O qeyd edib ki, 2022-ci ilin yanvar-noyabr aylarında 149 179 vətəndaşa 183 877 göndəriş verilib:

 

"Göndəriş alan vətəndaşlar bu dövrdə müqaviləli tibb müəssisələrində 66 860 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 1 597-si uşaqlara, 65 263-ü isə böyüklərə göstərilib".

 

"Sözügedən tibbi xidmətlərdən 21 823-nü oftalmoloji əməliyyatlar, 18 268-ni ürək-damar əməliyyatları, 17 179-nu invaziv radiologiya xidmətləri, 2 702-ni urologiya, 2 443-nü neyrocərrahiyyə, 937-ni travmatologiya, 674-nü ümumi cərrahiyyə, 517-ni lor, 144-nü isə ginekologiya və doğuş üzrə aparılan əməliyyatlar təşkil edib. Digər sahələr üzrə icra olunan əməliyyatların sayı 693-dür. İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 82 və 1 398 olub", - deyə A.Əhmədova bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok