Modern.az

Bakıda qəza enişi edən təyyarənin sərnişinləri yola salınır

Bakıda qəza enişi edən təyyarənin sərnişinləri yola salınır

Aktual

23 Dekabr 2022, 15:21

"Qantas Airways" aviaşirkətinin Bakı hava limanında qəza eniş edən Sinqapur-London reysinin sərnişinləri təyinat məntəqəsinə digər təyyarə ilə yola düşəcəklər.

 

Bu barədə Modern.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

 

Məlumata görə, digər təyyarə gələnədək reysin sərnişinləri hoteldə yerləşdiriləcək.

 

Qeyd edək ki, bu gün səhər saatlarında aviaşirkətin iki göyərtəli “Airbus A380” sərnişin təyyarəsi yük bölməsindəki tüstü sensorunun işə düşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza eniş edib.

 

A380 hava gəmisinin kapitanı Gürcüstan hava məkanında olarkən Bakı hava limanına eniş siqnalı göndərib.

 

Bakı aeroportu dünyada bu tipli təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və bu cür böyük hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biridir.

 

Xatırladaq ki, bu, A380 təyyarəsinin uçuş heyətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna göndərdiyi ilk qəza eniş sorğusu deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok