Modern.az

Ermənistanın təxribatı sülh danışıqlarını pozmağa yönəlib - Deputat

Ermənistanın təxribatı sülh danışıqlarını pozmağa yönəlib - Deputat

Aktual

11 Aprel 2023, 23:38

Ermənistanın bugünkü hərbi təxribatı Vaşinqtonda keçirilməsi planlaşdırılan sülh danışıqlarını pozmağa yönəlib.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev bildirib.

 

"Bu gün Ermənistanın Laçın rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvvələrinə qarşı törədtiyi hərbi təxribatın səbəblərindən biri də yaxın həftələrdə ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Vaşinqtonda keçirilməsi gözlənilən yüksək səviyyəli sülh danışıqlarının qarşısını almaq, sülh gündəliyini dəyişmək və indiyə kimi əldə olunan razılaşmanı pozmaqdan ibarətdir. Bu danışıqların baş tutmaması üçün Ermənistana qonşu ölkələrdən, xüsusilə, İrandan belə bir təxribata əl atılması ilə bağlı təlimatın verilməsi istisna olunmur.

 

Azərbaycanın sülh danışıqlarına sadiq qaldığı haqqında cənab Prezidentin dünən Astanada verdiyi bəyanatdan bir gün sonra Ermənistanın silahlı toqquşmaya əl atması bu fikri daha da gücləndirir.

 

ABŞ-ın dövlət katibi Blinkenin və Avropa İttifaqı Şurasının prezidenti Mişelin Ermənistanın hazırda davam edən hərbi təxribatına və pozuculuq fəaliyyətinə adekvat qiymət verməsini gözləyirik", - deyə deputat vurğulayıb.

 

Xatırladaq ki, bu gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik