Modern.az

Sultanhanı bələdiyyəsi İçərişəhərlə əməkdaşlıq edəcək

Sultanhanı bələdiyyəsi İçərişəhərlə əməkdaşlıq edəcək

Aktual

Bu gün, 14:20

"Yaxın günlərdə İçərişəhər ilə Türkiyənin Ağ Saray bölgəsində yerləşən Sultanhanı bələdiyyəsi arasında əməkdaşlıq (qardaşlıq) əlaqələri qurulacaq".

Bunu Modern.az-a açıqlamasında Bakıda keçirilən Beynəlxalq Milli Xalça Festivalında Türkiyənin Sultanhanı Bələdiyyəsinin sədri Fahri Solak bildirib.

Onun sözlərinə görə, bu əməkdaşlıq çərçivəsində beynəlxalq xalça festivalının davamının da Sultanhanı ərazisində keçirilməsi nəzərdə tutulur.

Fahri Solak onu da əlavə edib ki, təşəbbüs xalçaçılıq sənətinin təbliği, eləcə də Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu