Modern.az

Türkiyəni İrəvanda o təmsil edəcək

Türkiyəni İrəvanda o təmsil edəcək

Dünya

Bu gün, 14:39

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ermənistaha səfər edəcək. O 4 mayda Ermənistanın paytaxtı İrəvanda "Gələcəyin Qurulması: Avropada Birlik və Sabitlik" mövzusu altında keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısında Türkiyəni təmsil edəcək.

Modern.az Anadolu agentliyinə istinadən xəbər verir ki, görüşdə demokratik dayanıqlığı gücləndirmək, əlaqələri yaxşılaşdırmaq, iqtisadi və enerji təhlükəsizliyini möhkəmləndirmək üçün daha sıx əməkdaşlıq və koordinasiya istiqamətində atılan addımlar qiymətləndiriləcək, eyni zamanda son regional inkişaflar və qlobal məsələlər müzakirə olunacaq.

Vitse-prezident Cövdət Yılmazın İrəvana səfəri Türkiyədən Ermənistana bu səviyyədə ilk səfər olacaq.

27 Aİ üzv dövlətinin, eləcə də digər Avropa ölkələrinin və Kanadanın dövlət və hökumət başçılarının dəvət olunduğu zirvə toplantısının noyabr ayında İrlandiyada davam etdirilməsi planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu