Modern.az

Zaqatalada faciə - canavar sakinə hücum etdi

Zaqatalada faciə - canavar sakinə hücum etdi

Hadisə

2 May 2026, 15:21

Zaqatalada canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib.

Modern.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Car kənd inzibati ərazisinə aid olan Axaxdərə kəndində baş verib.

Belə ki, canavar evin həyətyanı sahəsində kənd sakini 47 yaşlı Aydın Şamil oğlu Qurbanova hücum edərək ona çoxsaylı xəsarət yetirib.

A. Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib. Ona bədənin müxtəlif nahiyələrinin açıq yarası xəsarətləri dioqnozu qoyulub, müalicəsi xəstəxanada davam etdirilir. (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?