Modern.az

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - Video

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - Video

Ölkə

2 May 2026, 13:32

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın yeni doğulan oğlu Rəşad  Xəzər tv-də yayımlanan "Təsir dairəsi" verilişinə gətirilib. 

Modern.az xəbər verir ki, Sevil aparıcı Lalə Azərtaşa sürpriz edib.

O, özü studiyaya gəlməsə də oğlunu göndərib.

Sevil bildirib ki, həyat yoldaşı Talış hazırda hərbi xidmətdədir. 

Qeyd edək ki, terror hadisəsi yaşanan gecə dağıntılar altında qalan Sevil açıqlamalarından birində onu sinif yoldaşının xilas etdiyini bildirmişdi. Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran həmin sinif yoldaşıdır. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?