"Çeçenlər Britaniya ilə müqəddəs müharibəyə hazırdırlar, onlar qaliblərin nəsildəndir və Bukinqem Sarayı üzərində qələbə bayrağını qaldırmağa hazırdır".
Modern.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının deputatı Adam Delimxanov Kral III Çarlza ünvanlayıb.
O, Çarlzın Ukraynanı dəstəkləyən çıxışlarına cavab olaraq çeçenlərin Qərblə müqəddəs müharibəyə hazır olduqlarını bildirib.
"Çarlz, unutmayın ki, Rusiya sülhə hazırdır, eyni zamanda planetin istənilən yerində öz maraqlarını, dini və ailə dəyərlərini müdafiə etməyə hazırdır. Rusiyaya zərbə endirmək cəhdi onun təşəbbüskarı üçün fəlakətlə başa çatacaq. Çeçenlər III Çarlzın ordusuna qarşı yürüşə hazırdırlar və Ali Baş Komandana qələbə gətirəcəklər, qalan tək şey əmri gözləməkdir", - o deyib.