Xəbər verdiyimiz kimi, bu gün 2023-cü ilin ilk tutulma hadisəsi - Günəş tutulması başlayıb.
Modern.az bildirir ki, günəş tutulması dünyanın bəzi yerlərində tam, digərlərində isə həlqəvi formada baş verdiyi üçün hibrid adlandırılıb.
Təbiət hadisəsi Cənub-Şərqi Asiya, Şərqi Hindistan, Avstraliya, Filippində, Hind və Sakit Okeanların sularında, həmçinin Antarktidada müşahidə edilib.
Maksimum tutulma Timor adasının yaxınlığında baş verib və bir dəqiqədən bir qədər çox davam edib.
Qeyd edək ki, sonuncu dəfə hibrid Günəş tutulması 2013-cü il noyabrın 3-də baş verib, növbəti dəfə isə 2031-ci il noyabrın 14-də təkrarlanacaq.



