Modern.az

İki ölkə arasında neft kəməri tikiləcək 

İki ölkə arasında neft kəməri tikiləcək 

Aktual

21 Aprel 2023, 00:41

Macarıstan və Serbiya yeni neft kəmərinin tikintisinə sərmayə qoyuluşuna dair saziş imzalayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyerto məlumat verib.

 

 O qeyd edib ki, boru kəməri Aldeo və Novi Sad şəhərlərini birləşdirəcək.

 

"MOL və "Transnafta" şirkətləri yeni investisiyalar üzrə danışıqları davam etdirirlər, müqavilənin iyunda Macarıstan-Serbiya sammitində imzalanması planlaşdırılır.

 

Kəmərin uzunluğu 128 kilometr olacaq. Serbiya onun tikintisinə 6 il ərzində 12 milyard avro sərmayə qoymaq istəyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et