Modern.az

Koreya sahillərində Rusiya gəmisi yandı - İtkin düşənlər var

Koreya sahillərində Rusiya gəmisi yandı - İtkin düşənlər var

Aktual

21 Aprel 2023, 07:48

Cənubi Koreyanın Ulsan şəhəri sahillərində Rusiyaya məxsus balıqçı gəmisi yanıb, 4 nəfər itkin düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

 

Sahildən təxminən 300 kilometr aralıda 769 ton yerdəyişmə qabiliyyətinə malik, göyərtəsində 100 tona yaxın balıq olan gəmi alovlanıb. Ekipaj qəza siqnalı verib, xilasedicilər əraziyə göndərilib.

 

Gəmidə 25 nəfər olub. Hadisə nəticəsində 21 nəfər xilas edilib, 2 nəfər isə yüngül xəsarət alıb. İtkin düşən dənizçilərin axtarışları davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et