Modern.az

İndoneziyada güclü ZƏLZƏLƏ

İndoneziyada güclü ZƏLZƏLƏ

Aktual

22 Aprel 2023, 13:36

İndoneziya sahillərində 6,2 maqnitudalı zəlzələ olub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 355 min nəfər əhalisi olan Ambon şəhərindən 346 kilometr cənub-qərbdəki Banda dənizində yerləşib.

 

Zəlzələnin ocağı isə 20 kilometr dərinlikdə olub. Sunami təhlükəsi barədə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et