Modern.az

Novruz Aslanov İsmayıllıda tədbirdə iştirak edib - FOTOLAR

Novruz Aslanov İsmayıllıda tədbirdə iştirak edib - FOTOLAR

Aktual

27 Aprel 2023, 14:43

Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunda “Heydər Əliyev İli” ilə əlaqədar keçirilən tədbirdə iştirak edib. Novruz Aslanovla yanaşı deputat həmkarı Tahir Kərimli də bu tədbirə qatılıb. Öncə Ulu Öndərin abidəsi ziyarət edilib. 

 

Novruz Aslanov öz çıxışında Ulu öndərin irqindən, dilindən, dini baxışlarından, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəsə hörmətlə yanaşdığını, xalqla bir yerdə olmaq, insanların qayğısına qalmağın onun üçün ən ümdə məsələlərdən biri olduğunu bildirmişdir. Heydər Əliyevin həmişə dünyada sülhün və əminamanlığın tərəfdarı oldğunu önə çəkərək, Qarabağ problemini qan tökülmədən həllinə çalışdığını, torpaqlarımızın düşməndən azad olunacağına əminliyini və bu yolda öz səylərinin bir an da olsun əsirgəmədiyini vurğulayıb. Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirən Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanın dinamik inkişafı təmin olunub. Bu gün İlham Əliyev Azərbaycanın beynəlxalq və regional əməkdaşlığına böyük töhfələr verən, mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət rəhbəri kimi dünya birliyi tərəfindən qəbul olunur.

 

Məlumat üçün bildirək ki, günün birinci yarısı Novruz Aslanov Ağsu rayonunda eyni adlı tədbirdə də iştirak edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et