Modern.az

Orduda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir - VİDEO

Orduda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir - VİDEO

Aktual

28 Aprel 2023, 09:58

2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Müxtəlif mərhələlərdən ibarət yarışda hərbi qulluqçular “Rahat olmayan vəziyyətdən atış”, “Snayper müdafiədə”, “Snayper hücumda”, "Snayper estafeti” və digər mövzular üzrə çalışmalarda öz bacarıqlarını nümayiş etdirirlər.

 

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması, Azərbaycan Ordusunda "Ən yaxşı snayper"in müəyyən olunmasıdır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et