Modern.az

Səlim Müslümovun məhkəməsi təxirə salındı

Səlim Müslümovun məhkəməsi təxirə salındı

Aktual

28 Aprel 2023, 17:50

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az-ın məlumatına görə, Səlim Müslümovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb. proses gələn həftəyə təyin olunub.

 

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Sabiq nazir Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

 

O, 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et