Modern.az

Bakıda klassik avtomobillərin sərgisi - FOTOLAR

Bakıda klassik avtomobillərin sərgisi - FOTOLAR

Aktual

29 Aprel 2023, 17:22

Aprelin 28-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri – Formula 1 Azərbaycan Qran-Prisi start götürüb.

 

Modern.az xəbər verir ki, Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi – Azərbaycan Qran-Prisi çərçivəsində aprelin 28-30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi təşkil olunub.

 

Formula 1-in fan zonasında keçirilən sərgidə müxtəlif illərə aid klassik avtomobillər nümayiş etdirilir və izləyicilər yarış günlərində sərgini maraqla izləyirlər.

 

AAF-ın avtomobil həvəskarlarına daha bir sürprizi aprelin 30-na təsadüf edəcək. Belə ki, Formula 1-in yarış halqasında (trek) klassik avtomobillərin yürüşü təşkil olunacaq. Yürüşdə 30-a yaxın klassik avtomobil iştirak edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et