Modern.az

“Dərnəgül yolun”da qəza ölümlə nəticələndi 

“Dərnəgül yolun”da qəza ölümlə nəticələndi 

Aktual

2 May 2023, 09:08

Bakıda iki avtomobil toqquşub.

 

Modern.az xəbər verir ki, Nərimanov rayonu, Ziya Bünyatov prospektində 1995-ci il təvəllüdlü Qasım Rzazadənin idarə etdiyi "Mercedes" avtomobilli ilə 1999-cu il təvəllüdlü Nuhid Qasımovun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil toqquşub.

 

Nəticədə "Mercedes"in sürücü Qasım Rzazadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?