Modern.az

“Formula 1”ə görə bağlanmış yollar AÇILDI

“Formula 1”ə görə bağlanmış yollar AÇILDI

Aktual

2 May 2023, 09:38

Bakıda Formula 1 yarışına görə bağlanan yollar açılıb.

 

Bu barədə Modern.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. 

 

O bildirib ki, yarışa görə bağlanmış şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti səhər saat 8:00-dan etibarən bərpa edilib:

 

"Bu gün saat 8:00-dan etibarən nəqliyyat vasitələri Bakı Şəhər Halqasının trayektoriyası üzrə sərbəst hərəkət edirlər. Paytaxtın Neftçilər prospekti, Üzeyir Hacıbəyli, İstiqlaliyyət və Zərifə Əliyeva küçələrində kəsişən yol ayrıclarında qurulmuş maneələrin 3 gün ərzində götürülməsi nəzərdə tutulub".

Whatsapp
Bizə yazın!
Keçid et