Modern.az

Bakının 3 rayonunda su kəsiləcək

Bakının 3 rayonunda su kəsiləcək

Aktual

2 May 2023, 10:00

Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarında, həmçinin Hacıqabul rayonunda su kəsiləcək.

 

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC-yə istinadən xəbər verir.

 

Bildirilib ki, buna səbəb Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılmasıdır. Odur ki, paytaxtın 3 rayonunun bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et