Modern.az

Əliyev və Paşinyan həftəsonu Brüsseldə GÖRÜŞƏ BİLƏR

Əliyev və Paşinyan həftəsonu Brüsseldə GÖRÜŞƏ BİLƏR

Aktual

8 May 2023, 09:32

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan bu həftəsonu Brüsseldə görüşə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti öz mənbələrinə istinadən yazıb.

 

Bildirilir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə görüşəcək.

 

Mənbələr qeyd edib ki, İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyanın iyunun 1-də Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronla daha bir görüş keçirməsi planları da var.

 

Nəşr yazır ki, görüşün gündəmi sülh müqaviləsi olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et