Modern.az

"Heydər Əliyev - Əbədiyaşar Lider" - FOTOLAR

Aktual

8 May 2023, 09:43

"Heydər Əliyev İli" çərçivəsində YAP Kəlbəcər rayon təşkilatı və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon 99  saylı tam orta məktəbi ilə birlikdə  05 may 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Heydər Əliyev- Əbədiyaşar Lider mövzusunda tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və məktəbin müəllim-şagird kollektivi iştirak etdi.

 

İlk önçə məktəbin foyesində Ulu öndərin büstü ziyarət edildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, Ulu öndər real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ulu öndər Heydər Əliyev bütün mənalı həyatını canı qədər sevdiyi Azərbaycana, onun tərəqqisinə, inkişafına, müstəqilliyinə, təhlükəsizliyinə, əmin-amanlığına həsr edən böyük şəxsiyyət olmuşdur. 

 

Azərbaycanda bu gün Ulu Öndərimizin ideyaları yaşayır, daha geniş şəkildə həyata keçirilir. Ümummilli Liderin xalqı qarşısında daha bir müstəsna xidməti özündən sonra İlham Əliyev kimi layiqli varis qoymasıdır. Heydər Əliyevin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.    Məktəbin direktoru İsmət Nəçəfov çıxış edərək bilidirdi ki, Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son yarım əsrinin bütün çalarları ilə zəngin olan möhtəşəm tarixi ulu öndərin adı ilə bilavasitə bağlıdır.  İnanırıq ki, Ulu öndər Heydər Əliyevin böyük ideyalarını ardıcıllıqla və dönmədən, uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil Azərbaycanı da sürətlə inkişaf etdirəcəkdir. Məktəbin müəllimi Nazim Ələsgərov və digər çıxış edənlər bildirdilər ki, Ulu öndər Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur.

Şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər və ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.

 

Sonda YAP Kəlbəcər rayon təşkilatı tərəfindən fəal üzvlərə diplomlar təqdim edildi.

Whatsapp
Bizə yazın!
Keçid et