Modern.az

Türkiyə sülh üçün vacib ölkəyə çevrilib - Çavuşoğlu

Türkiyə sülh üçün vacib ölkəyə çevrilib - Çavuşoğlu

Aktual

9 May 2023, 08:40

Türkiyə regionda sülhün təmin edilməsində əsas ölkə kimi özünü təsdiqləyib. Əminəm ki, Ankara mövcud vəziyyətin imkanlarından maksimum yararlanmalıdır.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada çıxışı zamanı deyib.

 

"Bu gün biz dünya nizamının əsaslarının necə sarsıdıldığını görürük. İkinci Dünya Müharibəsindən sonrakı dövrdə formalaşmış sistem məhv edilir, ziddiyyətlər və münaqişələr dərinləşir ki, bunun da təxminən 60 faizi Türkiyənin yerləşdiyi regionda baş verir. Mənfi çağırışlara baxmayaraq, Türkiyə “sabitlik adası” olaraq qalır", - deyə nazir bildirib.

 

Onun sözlərinə görə, hazırkı vəziyyətdə Ankara fəal vasitəçilik səyləri göstərir ki, bu da “taxıl sövdələşməsi”nə nail olmağa və bununla da qlobal ərzaq bazarında vəziyyəti sabitləşdirməyə imkan verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et