Modern.az

Gürcüstan Rusiya aviaşirkətlərinin uçuşlarına icazə verəcək

Gürcüstan Rusiya aviaşirkətlərinin uçuşlarına icazə verəcək

Aktual

10 May 2023, 17:18

Gürcüstan hələlik birbaşa uçuşların bərpası ilə bağlı Rusiyadan bildiriş almayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, bildiriş aldıqdan sonra sanksiyalara məruz qalmayan Rusiya aviaşirkətlərinin birbaşa uçuşlarına icazə veriləcək. Nazirlik, həmçinin bildirib ki, birbaşa uçuşların bərpası həmvətənlərin Gürcüstana qayıtmasını asanlaşdıracaq.

 

Qeyd edək ki, Prezident Vladimir Putin Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Bundan sonra Gürcüstan vətəndaşları 90 gün Rusiyaya vizasız səyahət edə biləcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et