Modern.az

77 cinayətin üstü açıldı, 55 nəfər TUTULDU

77 cinayətin üstü açıldı, 55 nəfər TUTULDU

Aktual

11 May 2023, 11:48

Mayın 10-da ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarılan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.

 

Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et