Modern.az

TDT müşahidə heyəti: Seçkilər şəffaf keçirilib

TDT müşahidə heyəti: Seçkilər şəffaf keçirilib

Aktual

15 May 2023, 12:30

Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi heyəti ötən gün Türkiyədə keçirilən prezident və parlament seçkilərinin gedişini izləyib. 

 

Modern.az xəbər verir ki, TDT-nin açıqladığı rəydə səsvermə günü xalqın azad iradəsindən istifadə etməsi üçün bütün zəruri şərait yaradıldığı qeyd olunub.

 

Bildirilib ki, seçkilərin tərəfsiz müşahidəsi üçün beynəlxalq şərtlər tətbiq edilib.

 

"Müşahidəçilər səsvermə prosesi ilə bağlı hansısa mənfi hal aşkarlamayıb. Seçki məntəqələrində səs verə bilməyənlər üçün səyyar seçki məntəqələrindən istifadə olunub. Xüsusilə yaşlı nəslin seçkilərdəki fəallığı kifayət qədər idi. Seçki məntəqələri seçki qanununa uyğun hazırlanmışdı. Nəticə etibarilə seçkilər açıq və şəffaf şəkildə keçirilib. Missiya Türkiyə Cümhuriyyətini və qardaş türk xalqını uğurlu seçkilərə görə təbrik edir. Seçkilərin nəticələrinin ölkənin inkişafına töhfə verəcəyinə inanırıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et