Modern.az

Parlamentin həyətində inək otardılar - Qəribə aksiya (FOTOLAR)

Parlamentin həyətində inək otardılar - Qəribə aksiya (FOTOLAR)

Aktual

16 May 2023, 17:36

Almaniyanın paytaxtı Berlində "Qrinpis" və Kənd Təsərrüfatı üzrə İşçi Qrupu adlı təşkilatların fəalları inəklərin tövlələrdə saxlanılmasına etiraz etmək məqsədilə qəribə aksiya keçirib.

 

Modern.az xəbər verir ki, nümayişçilər inək sürüsünü Almaniya parlamentinin (Bundestaq) binasının qarşısındakı otlaq əraziyə gətiriblər.

 

Aksiya iştirakçıları “İnəklər otlaqda” yazılmış plakatlar açaraq heyvanları parlamentin qarşısındakı çəmənlikdə otarıblar.

 

Etirazçılar bildiriblər ki, Almaniyada inəklər ilin 70%-i tövlədə qalmaq məcburiyyətində olurlar və bu qərar dəyişdirilməlidir. Onlar siyasətçilərdən fermerlərə dəstək verilməsini tələb ediblər.

 

1244965

1244966

1244967

1244963

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et