Modern.az

Növbəti məktub İraqın Baş nazirindən gəldi

Növbəti məktub İraqın Baş nazirindən gəldi

Aktual

20 May 2023, 13:38

İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

 

Hörmətli cənab Prezident!

 

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, İraq Respublikasının hökuməti və xalqı adından Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

 

Fürsətdən istifadə edib dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin dərinliyini ifadə edərək, Azərbaycan hökumətinə və xalqına firavanlıq və tərəqqi diləyirəm".

Twitter
Sizə yeni tvit var
Keçid et