Modern.az

Daha 163 mina aşkarlandı

Daha 163 mina aşkarlandı

Aktual

22 May 2023, 13:46

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 163 mina aşkarlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, mayın 15-dən 20-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 17, tank əleyhinə 14 mina və 484 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 213 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et