Modern.az

Türkiyə xalqı prezidentini SEÇİR

Türkiyə xalqı prezidentini SEÇİR

28 May 2023, 09:00

Türkiyə bu gün yenidən seçkiyə gedərək 5 il fəaliyyət göstərəcək prezidentini seçəcək.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək.

 

Səsvermə yerli vaxtla 08:00-da başlayıb 17:00-da başa çatacaq. Səsvermə gömrük qapılarında və hava limanlarında eyni vaxtda sonlanacaq. Səslər 60 milyon 721 min 745 seçici üçün yaradılmış 191 mindən çox seçki qutusunda toplanacaq.

 

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı