Bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ad günüdür. 1940-ci ildə dünyaya gələn prezident 73 yaşını qeyd edir. Kasıb qazax ailəsində doğulan Nazarbayev keçməkeşli həyat hekayəsinə malikdir.
Nazarbayevin bioqrafiyasına nəzər salaq:
Nursultan Nazarbayev 6 iyul 1940 tarixində Qazaxıstanda doğulub. 1958-1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxuyan Nazarbayev maddi çətinliklərlə üzləşdiyindən "Kazmetalurqstroy" trestində fəhlə işləyib.
Nazarbayev daha sonra 1960-1969-cu illərdə Karaqanda metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1967-ci ildə Karaqanda metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirib, iqtisad elmləri doktorudur. 1969-1984-cü illərdə Karaqanda metallurgiya zavodunda, Temirtausk səhər partiya komitəsində, Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışıb. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirib. 1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olub. 1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilib. 24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının prezidenti seçilib.
Nazarbayev yenidən 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının prezidenti seçilib. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılıb. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilib. 4 dekabr 2005-ci ildə seçkilərdə 91.15% səs toplayaraq təkrar prezident olub.
Evlidir, üç qızı var. Tennis və xalq musiqisinə maraq göstərir.
Nazarbayevin ad günü Qazaxıstanda dövlət bayramı kimi qeyd edilir.
Modern.az