Modern.az

Avropa İttifaqının İşçi Qrupu Azərbaycanda səfərdədir

Avropa İttifaqının İşçi Qrupu Azərbaycanda səfərdədir

Aktual

29 May 2023, 11:48

Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Partiyasının (COEST) İşçi Qrupu Azərbaycanda səfərdədir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Aİ-dəki missiyası məlumat yayıb.

 

"İşçi Qrup Azərbaycana səfəri çərçivəsində Hikmət Hacıyev (Prezidentin köməkçisi-red) ilə səmərəli görüş keçirib. Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı və regional məsələlər üzrə məhsuldar fikir mübadiləsi aparılıb. Nümayəndələr indi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, Füzuli və Ağdama gedirlər" - məlumatda qeyd edilib.

Whatsapp
Bizə yazın!
Keçid et