Modern.az

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

Aktual

29 May 2023, 12:26

Azərbaycanda mayın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31°, bəzi yerlərdə 33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 50-50 % olacaq.

 

Sabah əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et