Modern.az

Terminaldan oğurluq edən şəxs TUTULDU

Terminaldan oğurluq edən şəxs TUTULDU

Aktual

29 May 2023, 17:06

Şirvan şəhərində mağazaların birində quraşdırılmış ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Coşqun İsmayılov tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxs Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində saxlanılıb.

 

Aparılan araşdırmalar zamanı onun mağazaya qanunsuz daxil olaraq, orada quraşdırılmış ödəmə terminalının kassa hissəsini kəsməklə içərisindəki 5694 manat məbləğində pulu gizli yolla taladığı müəyyən edilib. Daha sonra o, izi itirmək üçün mağazada quraşdırılmış təhlükəsizlik kameralarının yaddaş qurğusunu da oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır