Modern.az

Yəhudi icmasının nümayəndələri bizimlə çiyin-çiyinə döyüşüb - Prezident

Yəhudi icmasının nümayəndələri bizimlə çiyin-çiyinə döyüşüb - Prezident

Aktual

30 May 2023, 15:44

Yəhudi icmasının nümayəndələri Azərbaycan vətəndaşlarıdır, ölkəmizin müasir inkişafına böyük töhfələr vermiş və verməkdə davam edən insanlardır.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında bildirib.

 

“Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə, Azərbaycandakı bütün digər etnik qrupların nümayəndələri ilə çiyin-çiyinə döyüşüblər. Hesab edirəm ki, bu gün bu amil yalnız Azərbaycanın mədəniyyət, sülh və dostluq sahəsində uğurlu inkişafı üçün deyil, habelə ikitərəfli münasibətlərimiz üçün mühüm amildir”, - deyə dövlətimizin başçısı qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et