Modern.az

Daha bir qazi sağalaraq Vətənə qayıtdı

Daha bir qazi sağalaraq Vətənə qayıtdı

Aktual

31 May 2023, 17:52

Ağır yaralanan və "YAŞAT" Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən qazi Həşimov Qismət Razim oğlu sağalaraq Vətənə qayıdıb.

 

Bu barədə Modern.az-a "YAŞAT" Fondundan məlumat verilib.

 

Qazinin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin ediləcək

 

Bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et