Modern.az

62 nömrəli məktəb-liseydə uşaq bayramı - FOTOLAR

62 nömrəli məktəb-liseydə uşaq bayramı - FOTOLAR

Aktual

1 İyun 2023, 18:07

Xalid Quliyev adına 62 nömrəli məktəb-liseydə 1 İyun -  Uşaqların Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyev və torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra məktəb-liseyin direktoru Mətanət Cabbarlı uşaqları təbrik edib.

 

Məktəblilər Vətənimizi, torpağımızı, qələbəmizi tərənnüm edən bir-birindən maraqlı, rəngarəng mahnı və rəqslər hazırlayıblar. Eyni zamanda, şagirdlər dünya xalqlarının rəqslərini də sevə-sevə göstəriblər. Balaca fidanların hazırladıqları proqram valideynlər tərəfindən alqışlarla qarşılanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı