Modern.az

Ərdoğan bu gün and içəcək

Ərdoğan bu gün and içəcək

Aktual

3 İyun 2023, 08:34

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bir çox xarici ölkə liderlərinin də qatılacağı mərasim Türkiyə Böyük Millət Məclisində baş tutacaq. 

 

Ərdoğan əvvəlcə TBMM-in müvəqqəti sədri Dövlət Baxçalıdan mandatını alacaq, daha sonra and içəcək.

 

Bununla da mayın 28-də keçirilən seçkilərdə yenidən dövlət başçısı seçilən Rəcəb Tayyib Ərdoğan üçün 2028-ci ilə qədər davam edəcək növbəti prezidentlik müddəti rəsmi şəkildə başlayacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et