Modern.az

Ötən gün 3-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib

Ötən gün 3-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib

Aktual

3 İyun 2023, 09:53

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et