Modern.az

Xaçmazda yük qatarından oğurluq

Xaçmazda yük qatarından oğurluq

Aktual

5 İyun 2023, 13:58

Xaçmaz rayonunun Ləcət dəmiryolu stansiyası ərazisində yük qatarının vaqonlarından birində içərisində şirkətlərdən birinə məxsus avtomobil ehtiyat hissələri və mühərrik yağları olan konteynerin qapısının plombsuz və açıq olması aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

 

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və oradan 30 ədəd yağ filtrinin, 20 ədəd yağ qutularının oğurlanması məlum olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Sergey Atamanenko müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et