Modern.az

Bu rayonlarda qaz kəsiləcək

Bu rayonlarda qaz kəsiləcək

Aktual

7 İyun 2023, 13:34

“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli Magistral Qaz Kəmərində xətti sipərdə baş vermiş nasazlıqla əlaqədar 07.06.2023-cü il tarixində saat 14:30-dan etibarən işlər başa çatanadək "Kəndoba" və “Sığırlı” QPS-lərdən qaz təchizatı dayandırılıb.

 

Modern.az xəbər verir ki, təmir işləri aparılan müddətdə Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et