Modern.az

Əqli Mülkiyyət Agentliyində təlimlər keçirilir

Əqli Mülkiyyət Agentliyində təlimlər keçirilir

7 İyun 2023, 16:25

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Milli Təlim Mərkəzində “İxtira, faydalı model və sənaye nümunələrinə dair hüquqlar” mövzusunda təlim kurslarına başlanılıb.

 

Modern.az xəbər verir ki, təlimin açılışında Agentliyin Aparat rəhbəri Xudayət Həsənli çıxış edərək əqli mülkiyyət sahəsində maarifləndirmə işinin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.

 

Təlimin müddəti iki aydır. Dinləyicilərə “İxtira, faydalı model və sənaye nümunəsi obyektlərinin ekspertizasının aparılması, qeydiyyata alınması və patent verilməsi”, “İxtira, faydalı model və sənaye nümunəsinin xarici ölkələrdə mühafizə edilməsi”, “İxtira və faydalı modeldən istifadə edilməsi” və “İxtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə Beynəlxalq Təsnifatlar” mövzularında təlimlər keçiriləcək.

 

Qeyd edək ki, təlim kursunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Sumqayıt Dövlət Universitetinin əməkdaşları iştirak edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir