Modern.az

İmişli, Lerik və Xaçmazda ağac kəsənlərə cinayət işi AÇILDI

İmişli, Lerik və Xaçmazda ağac kəsənlərə cinayət işi AÇILDI

8 İyun 2023, 16:02

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İmişli, Lerik və Xaçmaz rayonu ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

Bildirilib ki, araşdırmalar zamanı qeyd edilən rayonların ərazilərində meşə fonduna daxil olmayan, ümumilikdə 99 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 50 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

 

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır