Modern.az

Uşaqlarla bağlı yeni qanun hazırlanacaq

Uşaqlarla bağlı yeni qanun hazırlanacaq

Aktual

9 İyun 2023, 16:20

"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi hazırlanacaq.

 

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na edilən dəyişiklikdə öz əksini tapıb.

 

Məlumata görə, layihənin hazırlanma müddəti 2023–2024-cü illəri əhatə edəcək.

 

Qeyd edək ki, işlərin icrası Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et