Modern.az

Hərbçilərimiz “Anatolian Phoenix – 2023” təlimində - VİDEO

Hərbçilərimiz “Anatolian Phoenix – 2023” təlimində - VİDEO

9 İyun 2023, 17:50

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix - 2023” (Anadolu Ankası - 2023) beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, plana uyğun olaraq, beynəlxalq təlimin növbəti mərhələsində paraşüt hazırlığı və patrul fəaliyyəti üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.

 

Ssenariyə əsasən, qəzaya uğramış ekipaj üzvlərinin şərti düşmən arxasında axtarış-xilas və təxliyə edilməsi üzrə növbəti fəaliyyəti təlim iştirakçıları tərəfindən uğurla icra olunub.

 

Tapşırıqların yerinə yetirilməsində əsas diqqət şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsinə, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldilib.

 

Qeyd edilib ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edir.

 

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir