Modern.az

4 uşaq cəngəllikdə 40 gün sağ qaldı 

4 uşaq cəngəllikdə 40 gün sağ qaldı 

10 İyun 2023, 08:14

Kolumbiyada 40 gün əvvəl qəzaya uğrayan təyyarənin 4 uşaq sərnişini sağ-salamat tapılıb.

 

Modern.az xəbər verir ki, məlumatı Kolumbiya Prezidenti Qustavo Petro təsdiqləyib.

 

7 nəfəri daşıyan təyyarə mayın 1-də qəzaya uğrayıb və mayın 17-də qalıqları tapılıb. Təkmühərrikli "Cessna 206" təyyarəsində olan digər 3 nəfər ölüb.

 

“Bütün ölkə üçün sevinc. 40 gün əvvəl Kolumbiya cəngəlliyində yoxa çıxan 4 uşaq sağ tapılıb”, - prezident "Twitter"də yazıb. Kolumbiya ordusu sağ qalan uşaqların fotosunu yayımlayıb.

 

"El Tiempo" qəzeti bildirir ki, uşaqlar susuz qalıb və həşərat dişləmələrindən əziyyət çəkiblər. Onları əsgərlər və yerli əhali tapıb. Məlumata görə, sağ qalan uşaqlar 1, 4, 9 və 13 yaşındadır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?