Modern.az

Dolu, leysan, sel... - Faktiki hava (VİDEO)

Dolu, leysan, sel... - Faktiki hava (VİDEO)

Aktual

11 İyun 2023, 19:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Qusar, Altıağac, Qrız, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

 

Gədəbəy rayonunda saat 15:10-15:20 radələrində diametri 10 mm olan dolu düşüb.

 

Saat 16:10 radələrində Quba rayonu ərazisindən keçən Vəlvələçayda sel müşahidə olunub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et