Modern.az

188 nəfər qidadan zəhərləndi 

188 nəfər qidadan zəhərləndi 

Aktual

12 İyun 2023, 00:53

Türkiyənin Trabzon vilayətində kütləvi qida zəhərlənməsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Bildirilir ki, məzuniyyət mərasimində verilən yeməyi yeyən şəxslər bir müddət sonra ürəkbulanma, qusma şikayətləri ilə xəstəxanaya müraciət edib.

 

Məlumata görə, 188 nəfərdə zəhərlənib, 7 nəfər xəstəxanaya yerləşdirilib, digərləri evə buraxılıb.

 

Hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et